Maşını gölə aşırdı, arvadı ilə birgə öldü

masini-gole-asirdi-arvadi-ile-birge-oldu
Oxunma sayı: 2456

Mayın 16-da saat 5 radələrində Şahbuz şəhərinin ərazisində Şahbuzkənd kənd sakini Həsən Abbasov idarə etidiyi “Saipa” markalı avtomobili “Vayxır” gölünə aşırıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, nəticədə sürücü və sərnişini olan arvadı Ruhiyyə suda boğularaq ölüblər.

Onların meyitləri sudan çıxarılıb.

Naxçıvan DYPİ tərəfindən araşdırma aparılır.