Maşını maneəyə çırpıldı, nəvəsi öldü

masini-maneeye-cirpildi-nevesi-oldu
Oxunma sayı: 1168

Aprelin 30-da saat 15 radələrində Abşeron rayonunun Cəngi qəsəbəsində Şamaxı şəhər sakini Mirələm Heydərov idarə etdiyi “Mercedes” markalı avtomobili beton yol ayrıcısına vurub.

"Qafqazinfo" DİN-ə istinadən xəbər verir ki, nəticədə M.Heydərovun sərnişini, Bakı şəhər sakini olan nəvəsi - 11 yaşlı Əli Bəbirov xəstəxanaya aparılarkən yolda ölüb, özü isə xəstəxanaya yerləşdirilib. 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.