Maşını yuxulu halda sürdü, qəza törətdi - Fotolar

masini-yuxulu-halda-surdu-qeza-toretdi
Oxunma sayı: 769

Yevlax magistralında yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Ucara gedən istiqamətdə qeydə alınıb.

“99 JM 803” nömrəli yük maşınının sürücüsünün idarəetməni itirməsi nəticəsində avtomobil aşıb. O, qarşı yola çıxaraq bir neçə metr səkiyə sürtünüb. Nəticədə, yol infrastrukturuna ziyan dəyib.

Sürücü ciddi xəsaret almasa da, maşın yararsız vəziyyətə düşüb.

Sürücünün yük maşınını yuxulu halda sürdüyü qeyd edilir.

Faktla bağlı araşdırmalar aparılır.