Maşının gizli saxlanc yerində mobil telefonlar aşkarlanıb

masinin-gizli-saxlanc-yerinde-mobil-telefonlar-askarlanib
Oxunma sayı: 1250

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Qaz 31105" markalı nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.

"Qafqazinfo" xəbər verir ki, yoxlama zamanı, nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 19 ədəd "Samsung" markalı mobil telefonlar və aksesuarları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.