Maşının vuran sürücünü öldürdü - Xızıda

masinin-vuran-surucunu-oldurdu
Oxunma sayı: 1418

Bu gün səhər saatlarında Xızı rayonunda qətl hadisəsi qeydə alınıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Xızının Giləzi qəsəbə sakinləri - 1980-ci il təvəllüdlü Cəfərov Vaqif Süleyman oğlunun idarə etdiyi “Chevrolet Niva” markalı avtomobillə 1977-ci il təvəllüdlü Məmmədov Qabil Abil oğlunun idarə etdiyi “VAZ 21 06” markalı maşın toqquşub. 

Qəzadan sonra sürücülər arasında mübahisə yaranıb. Nəticədə Q. Məmmədov V. Cəfərovu sinəsindən bıçaqlayaraq öldürüb. Hadisədən sonra Q. Məmmədov qaçıb.
 
Faktla bağlı Xızı rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırmalar davam etdirilir.