Maşınına bu sözləri yazan sürücülər cəzalanacaq

masinina-bu-sozleri-yazan-suruculer-cezalanacaq
Oxunma sayı: 647

Bu sözləri Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Vaqif Əsədov söyləyib. V.Əsədov avtomobillərdə yeni il bayramı ilə bağlı və eyni halda press yazılarının yerləşdirilməsinin qanunauyğun olmadığını bildirib. Əsədov açıqlamasında bildirib ki, nəqliyyat vasitələrində reklam yazılarının yerləşdirilməsi, reklam haqqında qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir. Onun sözlərinə görə, avtomobillərdə hər hansı reklamın yerləşdirilməsi yol polisi ilə razılaşdırılmalıdır: “Yol polisi əməkdaşları belə yazı olan hər hansı avtomobili aşkar edərsə, həmin avtomobil saxlanılacaq və sürücüdən reklama icazə verən sənəd tələb olunacaq. Əgər belə sənəd olmasa, sürücü və ya avtomobil sahibi inzibati qaydada cəzalandırılacaq və barəsində protokol tərtib olunacaq. Kimsə avtomobilin qarşısına press yazıb vurubsa bu o demək deyil ki, həmin sürücü nə istəsə edə bilər. Hər kəs qanun qarşısında bərabər şəkildə məsuliyyət daşıyır. Bu cür yazıların maşınların üzərinə vurulması qanuna ziddir".

Şöbə müdiri sonda bununla əlaqədar sürücülərə müraciət edərək reklam haqqında qanunvericiliyin tələbinə riayət etməyi tövsiyə edib./faktxeber/