Maşınını ağaca çırpdı, öldü

Maşınını ağaca çırpdı, öldü
Oxunma sayı: 937

Zaqatala rayonunun Kəpənəkçi kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, aprelin 13-də saat 3 radələrində Zaqatala rayonunun Kəpənəkçi kəndi ərazisində kənd sakini Ramil Mehdiyev idarə etdiyi “VAZ-21011” markalı avtomobili ağaca vurub.

Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi