Maşınını aşırdı, bacısı öldü

masinini-asirdi-bacisi-oldu
Oxunma sayı: 2630

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə iyunun 18-də saat 16 radələrində rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb. 

Cəlilabad rayon sakini Elçin İsgəndərov idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişinlərdən sürücünün bacısı Gülnar hadisə yerində ölüb, digər sərnişini, azyaşlı G.İsmayılova xəstəxanaya yerləşdirilib.

Biləsuvar RPŞ tərəfindən araşdırma aparılır.