Maşınla donuz vuran baş məşqçi xəstəxanalıq oldu - Foto

Maşınla donuz vuran baş məşqçi xəstəxanalıq oldu
Oxunma sayı: 838

İspaniyanın “Valensiya” klubunun baş məşqçisi Marselino Qarsiya Toralın başına iş gəlib.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis evə qayıdarkən avtomobil qəzasına düşüb. Daha doğrusu onun idarə etdiyi avromobil qəfildən yola çıxan donuzla toqquşub. Hadisə zamanı onun yanında iki qadın da olub.

Xəsarətlər alan ispaniyalı məşqçi və yaxınları dərhal xəstəxanaya aparılıb. Hazırda onların vəziyyətinin yaxşı olduğu bildirilir.

Marselino şənbə günü baş tutan La Liqanın “Vilyarreal”la ev oyunundan dərhal sonra Milad bayramını yaxınları ilə birgə qeyd etmək üçün Xixon şəhərinə gedərkən qəzaya uğrayıb.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi