Maşınla mikroavtobus toqquşdu, yaralılar var - Adlar+Fotolar

Maşınla mikroavtobus toqquşdu, yaralılar var
Oxunma sayı: 2532

Şamaxıda minik avtomobili ilə mikroavtobus toqquşub.

"Qafqazinfo" xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Şamaxıdan keçən hissəsində baş verib. İlkin məlumatlara görə, mikroavtobusla minik avtomobili toqquşub.

Qəza nəticəsində 6 nəfər yaralanıb. Bunlar Şamaxı sakini, 1971-ci il təvəllüdlü Mirzəyev Yaşar Əlikram oğlu, Sumqayıt sakiniləri 1972-ci il təvəllüdlü Qarakişiyeva Səbinə Rafiq qızı, 1962-ci il təvəllüdlü Məmmədov Həsənağa Sultanağa oğlu, 1992-ci il təvəllüdlü Nazarova Aynur Teymur qızı, 1997-ci il təvəllüdlü Zeynədlinli Elcan Rafiq oğlu, 1996-cı il təvəllüdlü Zeynədlinli Elmin Rafiq oğludur. Mirzəyev Yaşardan başqa digər yaralılar minik avtomobilində olublar.

Faktla bağlı araşdırma aparılır.

Rəşad Türkoğlu 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi