Maşınla piyadanı vurub qaçan 16 yaşlı gəncin məhkəməsi oldu

masinla-piyadani-vurub-qacan-16-yasli-gencin-mehkemesi-oldu
Oxunma sayı: 943

Bakıda piyadanı vurub öldürən yeniyetmənin məhkəməsi keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə,ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Qurbanəli Qurbanovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses aprelin 1-də davam etdiriləcək. Hadisə 2018-ci il dekabrın 21-də saat 19 radələrində Xətai rayonu Nobel prospektində baş verib. Yolu keçən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Ləman Süleymanlı naməlum avtomobillə vurulub və orada ölüb. Sürücü isə hadisə yerindən qaçıb.

Hadisənin “Nissan” markalı avtomobillə törədilməsi, sürücüsünün isə Bakı şəhər sakini 16 yaşlı və sürücülük vəsiqəsi olmayan Q.Qurbanov olması müəyyən edilib və o saxlanılıb.