Maşınla vurulan piyada xəstəxanada öldü

masinla-vurulan-piyada-xestexanada-oldu
Oxunma sayı: 1319

Mayın 18-də saat 21 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsində qəza  baş verib. 

“Qafqazinfo” xəbər verir ki, Sumqayıt şəhər sakini A.Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Mətləb Əliyevi vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.