Maşınlar bu cərimə meydançasına aparılmayacaq...

masinlar-bu-cerime-meydancasina-aparilmayacaq
Oxunma sayı: 2194

Sosial şəbəkələrdə təmir işləri ilə əlaqədar olaraq DYP evakuatorlarının fəaliyyətinin müvəqqəti olaraq dayandırıldığı və hazırda cərimə meydançalarında təmir işlərinin aparılması ilə bağlı xəbər yayılıb.

“Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyevlə əlaqə saxlayıb. Polkovnik bildirib ki, hazırda cəmi bir cərimə meydançasında təmir işi aparılır:

“Cəlil Məmmədquluzadə küçəsinin yaxınlığındakı dayanacaqda təmir işi gedir və bu müddətdə də oraya avtomobil aparılmayacaq. Ancaq bunun digər dayanacaqlarla heç bir əlaqəsi yoxdu. Bütün xidmətlər olduğu kimi davam etdirilir. Hazırda Bakı ərazisində 10-dan çox dayanacaq var”.

Günel Hacı