Maşınlar yolda qaldı - Polislər köməyə gəldi + Video

masinlar-yolda-qaldi
Oxunma sayı: 5790

Bakı-Şamaxı yolunda yağan güclü qar avtomobillərin hərəkətini çətinləşdirib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, əsasən Ağsu dolaylarında maşınlar yolda qalıb.

Qar yolda maşınların sürüşməsinə səbəb olub və enişə doğru qalxmasına çətinlik yaradıb. Bir neçə sürücü hərəkəti dayandırmağa məcbur olub.

***

Ağsu RPŞ-nin Dövlət Yol Polis Bölməsinin əməkdaşları güclü qar yağması nəticəsində yolda köməksiz vəziyyətdə qalan vətəndaşlara köməklik göstəriblər.

Rəşad Türkoğlu