Maşınlardan oğurluq edən tutuldu

masinlardan-ogurluq-eden-tutuldu
Oxunma sayı: 748

Nəsimi rayonu ərazisində avtomobillərdən oğurluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin və Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ayrı-ayrı vaxtlarda 3 avtomobildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Ramiz Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.