Maşınların şüşəsini sındırıb oğurluq etdi

masinlarin-susesini-sindirib-ogurluq-etdi
Oxunma sayı: 881

Xətai rayonunda avtomobillərin şüşələrini sındıraraq oğurluq edən şəxs saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, rayon ərazisində avtomobillərdən oğurluq etməkdə təqsirli bilinən Gədəbəy rayon sakini Müşfiq Zeynalov saxlanılıb.

Araşdırma zamanı onun 2018-ci ilin noyabr-dekabr aylarında Xətai rayonunda “Hyundai” və “BMW” markalı iki avtomobilin şüşəsini sındırıraq nəqliyyat vasitələrinin salonundan pul, qiymətli əşyalar, ümumi dəyəri 1800 manat olan 3 ədəd noutbuk oğurladığı məlum olub. Saxlanılan şəxsin zərərçəkənlərə ümumilikdə 3500 manata yaxın maddi ziyan vurduğu məlum olub. M.Zeynalov ifadəsində oğurladığı noutbukları satdığını bildirib.

Qeyd olunan faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb. M.Zeynalov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.