Maşınların üstünə daş düşdü - Video

Maşınların üstünə daş düşdü
Oxunma sayı: 1755

Bakıda yaşayış binasının 15-ci mərtəbəsindən iki avtomobilin üzərinə kərpic daş düşüb. Hadisə mənzilin eyvanında təmir işləri aparılarkən baş verib. Nəticədə də, hər iki avtomobilə ciddi ziyan dəyib.

“Qafqazinfo” Xəzərxəbər-ə istinadən bildirir ki, hadisə paytaxtın Nəsimi rayonu Məmmədcəfər Cəfərov küçəsi 42-50 ünvanında baş verib.
Hadisə zamanı oradan keçən piyadalar xəsarət almayıb.Yaxınlıqda olan obyektlərə də zərər dəyməyib.”Leksus” markalı avtomobilin sürücü Azər Fərəcov bildirib ki, yaxınlıqdakı Moskva univermağından çıxıb avtomobilini götürəndə maşının ön hissəsinin əzildiyinin şahidi olub.

Mənzilin sahibi Elxan Məmmədov bildirib ki, evi yeni alıb və eyvanında təmir işləri aparırmış. Hadisə vaxtı isə evdə, ancaq ustalar olub və elə onların səhvi ucbatında da belə bir hadisə baş verib.

Ustalar polis tərəfində dindirilib. Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi