Mask dünyanın ən böyük “virtual elektrostansiyası”nı tikəcək - Fotolar

mask-dunyanin-en-boyuk-virtual-elektrostansiyasini-tikecek
Oxunma sayı: 1409

Avstraliyanın Cənubi Avstraliya ştatı 250 meqavat gücündə bölüşdürülmüş günəş elektrostansiyası və 650 meqavat saat gücündə enerji saxlama sistemi əldə edəcək.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, bununla da sakinlər yüksək qiymətə sahib elektroenerjidən əziyyət çəkməyəcəklər.

“Tesla” şirkətindən bildirilib ki, o bu “virtual elektrostansiyaya” 2022-ci ilə kimi 50 min evin enerji sistemini birləşdirəcək. Bunun üçün dünyanın ən böyük “virtual elektrostansiyası” tikiləcək.

Şirkət artıq Avstraliyada 100/129 meqavat saat gücündə olan dünyanın ən böyük litium-ion batareyasını tikib. Lakin yeni layihə tikilmiş ən böyük litium-ion batareyası olan “Powerback”ın tam əksi olacaq. Belə ki, mərkəzləşdirilmiş bir enerji saxlama sistemi əvəzinə şirkət “Powerwall” adlı bölüşdürülmüş sistem yaradacaq.

50 min evdən hər biri 5 kilovat gücündə günəş panelləri və 13.5 kilovat saat gücündə “Tesla Powerwall” 2 batareya sistemi ilə təmin olunacaq. Nəticədə Cənubi Avstraliya ştatı minimum 650 meqavat saat gücündə bölüşdürülmüş enerji saxlama stansiyasını və eyni zamanda 250 meqavat gücündə günəş elektrostansiyasını əldə edəcək.

Yeni layihə Cənubi Avstraliya tərəfindən 32 milyon dollar dəyərində qrant alacaq və həmçinin elektroenerji satışından əldə olunacaq vəsait vasitəsilə maliyyələşdiriləcək.