Maskalılar jurnalisti ailəsinin gözü qarşısında öldürdü

maskalilar-jurnalisti-ailesinin-gozu-qarsisinda-oldurdu
Oxunma sayı: 2446

Naməlum silahlı şəxslər Kərkükdə kürd telekanalı olan Kurdistan TV-nin operatorunu öldürüblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gecə baş verib. Silahlılar maskalı olublar. Jurnalist öz evində ailəsinin gözü qarşısında qətlə yetirilib. 

O, 13 il idi ki, yerli telekanalda çalışırdı. İki qızı və oğlu vardı.