Maskalılar Saakaşvilini restoranda belə saxladılar - Video

maskalilar-saakasvilini-restoranda-bele-saxladilar
Oxunma sayı: 4253

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili saxlanılıb.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, siyasətçi Kiyevdə restoranlardan birində saxlanılıb. Saakaşvilinin silahdaşı, Ali Radanın deputatı Yuri Derevyanko bildirib ki, xüsusi təyinatlıların siyasətçini hara aparmasından xəbərsizdir. 

Mixail Saakaşvilinin rəsmi səhifəsində isə onun maskalılar tərəfindən naməlum istiqamətə götürüldüyü yazılıb. Bəzi yerli KİV isə eks-qubernatorun Miqrasiya Xidmətinin sorğusu əsasında saxlanıldığını yazır.