Maştağada oğru tutulub

mastagada-ogru-tutulub
Oxunma sayı: 924

Evlərin birindən qızıl-zinət əşyaları, 2000 manat və 1000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Maştağa qəsəbə sakini tutulub.

“Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də rayon ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları, 2000 manat və 1000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Orxan Kərimov saxlanılıb.