“Matça 6 saat qalmış qərar verəcəyəm”

matca-6-saat-qalmis-qerar-vereceyem
Oxunma sayı: 651

“Qafqazinfo” xəbər verir ki, ilk olaraq rəqib komandanın baş məşqçisi jurnalistlərin suallarını cavablandırıb. O, oyunun çətin olacağını və “Neftçi”nin evdə daha inamlı oyun nümayiş etdirdiyini bildirib. O, öz komandasına da güvəndiyini vurğulayıb: “Bizim futbolçular daha peşəkardırlar. Buna görə də artıq nəsə deməyə ehtiyac yoxdur”.

Daha sonra “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev oyun öncəsi açıqlama verib: “Mən həmişə açıq futbol oynatmışam. Komandamı həmişə qələbə üçün meydana çıxarıram. Bu dəfə də belədir. Ancaq bu oyunun taktikasına gəlincə, buna matça 6 saat qalmış qərar verəcəyəm”. Baş məşqçi həmçinin “Rubin”in də güclü komanda olduğunu vurğulayıb: “Rubin güclü komandadır. Ancaq bu bizi qorxutmur. Biz qələbə qazanacağıq”.

Sevinc