“Matçın əhəmiyyəti böyük idi” - Ozobiç

matcin-ehemiyyeti-boyuk-idi
Oxunma sayı: 2397

“Qarabağ”ın futbolçusu Filip Ozobiç Avropa Liqasının pley-off mərhələsində Moldova "Şerif"inə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra müshaibə verib.

“Qafqazinfo” xəbər verir ki, oyunda son qolun müəllifi olan xorvatiyalı yarımmüdafiəçi öncə oyun barədə danışıb:

- Hesab edirəm ki, iki oyuna görə, biz daha məzmunlu futbol sərgilədik və daha çox layiq olan qalib gəldi. Çox sevinirəm ki, Avropa Liqasının qrupunda oynayacağıq.

- Öz oyunun barədə nə düşünürsüz. Fərqlənəcəyinizi düşünürdünüz?

- Əlbəttə, qol vurmaq istəyirdim. Sevinirəm ki, fərqlənməyi bacardım. İnanıram ki, qarşıdakı matçlarda da qol vurmağı bacaracam.

- Bu gün oyuna sanki xüsusi motivasiya ilə çıxmışdınız. Bu, bizə elə gəlirdi, yoxsa..?

- Oyunun əhəmiyyəti çox böyük idi. Tərəzidə Avropa Liqasının qrupu dayanmışdı. Zənnimcə, bu axşam yaxşı oynadıq.

- Rəqib düşərgədə həmyerlilərin - baş məşqçi və bir futbolçu xorvatiyalı idi. Oyundan sonra onların əlini sıxarkən tərəddüd etmirdiniz?

- Xeyr. Axı, bu, futboldur və hər kəs öz komandasının uğuru üçün çalışır. Bu gün "Qarabağ” qələbəyə daha layiq idi. Yeri gəlmişkən, məni qələbə münasibəti ilə təbrik etdilər və qrup mərhələsində uğurlar arzuladılar.

- Sabah qrup mərhələsinin püşkatmasıdı. Yenidən BATE-ylə qarşılaşmaq istərdinizmi?

- Deyə bilmərəm, kimlərlə qarşılaşacağıq. Ancaq onlarla düşsək, kimin daha yaxşı olduğunu göstərməyə çalışacağıq.

- İki dəfə "Qəbələ”nin heyətində Avropa Liqasının qrupunda oynamısız. İndi isə "Qarabağ”la eyni həyəcanı yaşayacaqsız. Hansı komanda ilə oynamaq sənə daha maraqlı gəlir?

- Mən "Qarabağ”ın futbolçusuyam və ən yaxşı oyunumu nümayiş etdirmək istəyirəm. Ümid edirəm ki, çoxlu xal toplayacağıq.