“Matçlardan əvvəl həmişə qorxuram” - Simeone

“Matçlardan əvvəl həmişə qorxuram”
Oxunma sayı: 533

“Rəqib əsasən matçın əvvələrində bizə ciddi çətinliklər yaratmağa çalışacaq. Onların hücumlarının qarşısını almalıyıq. Məncə, ilk dəqiqələrdə bunu etmək çox çətin olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözlər "Atletiko"nun baş məşqçisi Dieqo Simeoneyə məxsusdur. Madrid təmsilçisi Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Real"ın qonağı olacaq.
 
Argentinalı mütəxəssis matçdan öncə keçirdiyi mətbuat konfransında fikirlərini belə izah edib:
 
"Matçlardan əvvəl həmişə bir qədər qorxu hiss edirəm. Fikrimcə, reallıqdan tamamən üzaqlaşmaq lazımdır. Üzərimizə böyük məsuliyyet düşür və bu yük getdikcə daha da artır. İstənilən komanda ilə oyunda bunu hiss edirəm. Düşünürəm ki, "Real" həmişəki kimi, əsl gücünü ortaya qoyacaq. "Kral klubu" İsko, Xames və gənc Asensionun iştirakı ilə müxtəlif taktiki sxemlərdən istifadə edə bilər. Çox diqqətli olmalıyıq".
 
Qeyd edək ki, "Real" - "Atletiko" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi