Matəm elan olundu

matem-elan-olundu
Oxunma sayı: 1673

İranda bu gün matəm elan olunub.

“Qafqazinfo” xəbər verir ki, hökumət Əhvaz şəhərində baş verən terror aktı ilə bağlı sentyabrın 24-nü matəm günü elan edib. Hökümətin yaydığı açıqlamada qeyd olunur ki, Əhvaz şəhərinin sakinlərinə və onların təhlükəsizliyini qoruyanlara qarşı törədilən terror aktı açıq-aydın göstərdi ki, İranın düşmənlərinin yeganə məqsədi qadınları, uşaqları, qocaları və cavanları, işçiləri və əsgərləri yalnız onların iranlı olduqlıarına görə qətlə yetirməkdən çəkinməyərək İranı və iranlıları məhv etməkdir.

Xatırladaq ki, hərbi parad zamanı naməlum silahlılar insanlara atəş açıblar. Terror aktı nəticəsində 29 nəfər həlak olub, 57 nəfər isə yaralanıb.