Matəm içində bayram - fotosessiya

matem-icinde-bayram-fotosessiya
Oxunma sayı: 636

“Qafqazinfo”in ANS PRESS və İTAR-TASS-a istinadən verdiyi məlumata görə, muxtariyyətdə havaya atəş açılır. Son həftə ərzində insanlar qorxmadan küçələrə çıxa biliblər.

“Müqavimət hərəkatı qalib gəldi, Allah böyükdür”, - fələstinlilər qışqırırlar. Qəzzanın əsas küçələrində nəqliyyatın hərəkəti dayanıb. İnsanlar bir-birilərini şirniyyata qonaq ediblər.

İordan çayının qərb saşilindəki şəhərlərdə də analoji ab-hava hökm sürüb.

Qeyd edək ki, atəşkəs razılaşması Bakı vaxtı ilə ötən gün saat 23.00-dan etibarən qüvvəyə minib.

İsrail ordusunun bir həftə davam edən genişmiqyaslı əməliyyatı zamanı 162 nəfər, o cümlədən, 43 uşaq və 11 qadın həlak olub, 2350 fələstinli yaralanıb. İsraildə isə raket hücumları nəticəsində 5 nəfər ölüb, onlarla adam xəsarət alıb.