Maurinyo “Çelsi”yə qayıdır?

maurinyo-celsiye-qayidir
Oxunma sayı: 641

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, məşqçi Abramoviçin ona dəfələrlə etdiyi təklifi yenidən dəyərləndirmək niyyətindədir. Belə ki, “Çelsi”yə qayıdacağı təqdirdə, Maurinyo illik məvacibinin 12 milyon funt sterlinq olmasını tələb edir. Məşqçi geri dönəcəyi halda yarımmüdafiəçi Frenk Lempardla olan müqavilənin də uzadılmasını istəyir.

Qeyd edək ki, İspaniya mətbuatı Maurinyonun “Real Madrid”dən ayrılmasına əsas səbəb kimi onun qapıçı İker Kasilyas və müdafiəçi Serxio Ramos aralarında tez-tez baş verən mübahisələri göstərir.