Maurinyo dövrünə rəsmən son qoyuldu

maurinyo-dovrune-resmen-son-qoyuldu
Oxunma sayı: 634

“Qafqazinfo” xəbər verir ki, bunu klubun prezidenti Florentino Perez özü açıqlayıb. Perez artıq Maurinyo ilə yollarının ayrıldığını və hələlik yeni məşqçi kimliyinin dəqiq olmadığını deyib: “Mən Maurinyonu qovmadım . Biz qarşılıqlı olaraq razılığa gəldik. “Real”Madrid mədəniyyətində hər zaman qalib gəlmək ünsürü var. Biz Maurinyo ilə keçirdiyimiz illəri uğursuz saya bilmərik, onun klubun uğurları üçün göstərdiyi zəhmətinə görə təşəkkür edirik.

Qeyd edək ki, Folorentino Perez Maurinyonun gedəcəyi ilə bağlı açıqlamanı dünən, yəni onun uzuzn müddətdir oyuna salmadığı qapıçı İker Kasilyasın ad günündə verib.

İqbal