Mavilərin aksiyası ölkəni qarışdırdı - Video

mavilerin-aksiyasi-olkeni-qarisdirdi-video
Oxunma sayı: 664

İki gün əvvəl Kiyev şəhər məhkəməsi Ukraynanın paytaxtında cinsi azlıqların hüquqlarını müdafiə edən şəxslərin aksiyanı keçirməyə icazə verməmişdi. Buna baxmayaraq, bu gün 50-yə yaxın fəal yürüş keçirib. Aksiya zamanı bir sıra insidentlər yaşanıb. Belə ki, cinsi azlıqlara qarşı çıxan 10-a yaxın şəxs aksiyanın keçirilməsinə etiraz edib. Onlar şüarları fəalların əllərindən alaraq yürüşə mane olmaq istəyib. Kiyev polisi bir neçə nəfərin bununla bağlı həbs olunduğunu bildirib.

Moskvada da cinsi azlıqların hüquqlarını müdafiə edən şəxslərin icazəsiz aksiyası zamanı cinsi azlıqlara etiraz edən şəxslərlə toqquşma baş verib. Aksiya Dövlət Dumasının yaxınlığında keçirilib. Bir neçə fəalın həbs olunduğu bildirilib. Ötən il Rusiya parlamenti bütün gey paradları qadağan etmişdi. Bu il isə bunun “homoseksuaslizmin təbliğatı” adı ilə qanun halına gətirilməsi gözlənilir.



anspress