May ayında boya məhsulları bahalaşıb

may-ayinda-boya-mehsullari-bahalasib
Oxunma sayı: 706

Bəzi topdansatış yerlərində isə (Dərnəgül yolu) infrastruktur tikintiləri səbəbindən gediş-gəlişin çətinləşməsi alqı-satqıya təsirsiz ötüşməyib, passivlik hökm sürüb. Aparılan qiymət monitorinqinin nəticələri göstərir ki, bu ilin fevral ayından başlayaraq müxtəlif materiallar üzrə qeydə alınan qiymət artımları may ayında davam edib. May ayında əsasən boya məhsullarının bahalaşması baş verib. Belə ki, aprel ayı ilə müqayisədə bəzi istehsal müəssisələrində bu artım 10%, bəzilərində isə 15%-ə çatıb. Yerli istehsalçılar boya satışında qiymətlərin artımını idxal edilən kimyəvi tərkibli (titan, alkid, tutkal) məhsulların bahalaşması ilə əlaqələndirərək bunu birbaşa dünya bazarında baş verən proseslərlə bağlı olduğunu bildiriblər.
Yük avtomobillərinin konstruksiyalarını qanunsuz olaraq dəyişməyə qoyulan qadağa, normadan artıq yüklənən avtonəqliyyat vasitələrinin hərəkətinin qarşısının alınması, əsasən qumun, çınqılın qiymətində bahalaşma ilə nəticələnib. Mişar daşının qiyməti aprel ayında artsa da, may ayı üzrə yenidən azalaraq əvvəlki qiymətinə düşüb. Digər tikinti materialları üzrə qiymətlər sabit qalıb.
2011-ci ilin may ayında qiymət dəyişməsi əvvəlki ayla müqayisədə 0,87 % artım təşkil edib. 38 adda 88 növdə material üzrə orta qiymət göstəricisi ilin əvvəli ilə müqayisədə 14,4%, ötən rübün müvafiq dövrü (fevral ayı) ilə müqayisədə 1,9% artımla qeydə alınıb. 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə isə qiymət artımı 21,8% təşkil edib. May ayında aparılan araşdırmalar zamanı ümumi qiymət portfelində yerli istehsal mallarının bazar payı idxal mallarını 1,16 dəfə üstələyib.

Nigar Məmmədli