Mayk Tayson bu dəfə qorilla ilə döyüşmək istəyir

mayk-tayson-bu-defe-qorilla-ile-doyusmek-isteyir
Oxunma sayı: 2148

Dünya şöhrətli boksçu Mayk Tayson qorilla ilə döyüşmək istəyir.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, daha əvvəl zooparkların birində aslanla döyüşən idmançı bu dəfə bunu qorilla ilə etmək istəyir. Meymunla eyni qəfəsə girmək istəyən Taysonun zoopark nəzarətçisinə bunun üçün 10 min dollar təklif etdiyi deyilir. O, həmin qorillanın digərlərinə xəsarət yetirdiyini və bu səbəbdən onunla qarşılaşmaq istədiyini bildirib. 

Qeyd edək ki, Nyu-York zooparkında saxlanılan “gümüş belli qorilla” azı 150 kiloqramdır və güclü əzələlərə malikdir.