Maykl Cekson “taxtdan” endirildi

maykl-cekson-taxtdan-endirildi
Oxunma sayı: 3597

Tarixdə albomları ən çox satılan müğənnilərin siyahısında dəyişiklik olub.

“Qafqazinfo” “Haver7”yə istinadən xəbər verir ki, “İqls” rok qrupunun “Ən yaxşı mahnılar: 1971-1975” adlı albomu Maykl Ceksonun “Thriller” albomunu geridə qoyaraq liderliyə yüksəlib.

“İqls”ın albomu bu vaxta qədər 38 milyondan çox satılıb və ya dinlənilib. Bu isə 38 platin sertifikatı deməkdir.

M.Ceksonun albomunda isə 33 milyon satış və 33 platin sertifikat var.

Məlumat üçün bildirək ki, bir mahnının 1500 dəfə dinlənilməsi və ya 10 dəfə yüklənilməsi 1 albom satışı olaraq hesab olunur.