Maykl Ceksonun atası xəstəxanaya yerləşdirildi

maykl-ceksonun-atasi-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 1626

Mərhum müğənni Maykl Ceksonun 89 yaşlı atası, prodüser Co Cekson ağır xərçəng diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

"Qafqazinfo" xəbər verir ki, Co mədəaltı vəzi xərçəngindən əziyyət çəkir və xəstəlik artıq irəliləyib. Cekson uzun müddət xərçənglə mübarizə aparsa da, həkimlər daha onunla mübarizənin mümkünsüz olduğunu bildiriblər.

Qeyd edək ki, Co Cekson 1960-cı illərdə oğullarından ibarət "Jackson 5" qrupunu yaradaraq prodüser kimi musiqi aləmində fəaliyyətə başlayıb.