Maykl Hayden insult keçirdi

maykl-hayden-insult-kecirdi
Oxunma sayı: 1620

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) keçmiş rəhbəri Maykl Hayden insult keçirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, general xəstəxanaya yerləşdirilib.

Haydenin ailəsinə yaxın mənbənin bildirdiyinə görə, əvvəllər onun səhhəti ilə bağlı hər hansı problem olmayıb.

Hazırda Maykl Hayden həkim nəzarətindədir.