“Maykl” qasırğası 13 nəfərin həyatına son qoydu

maykl-qasirgasi-13-neferin-heyatina-son-qoydu
Oxunma sayı: 1135

Meksika körfəzində başlayan “Maykl” qasırğası 13 nəfərin həyatına son qoyub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Salvador, Nikaraqua və Hondurasda başlayan qasırğadan sonra ABŞ-ın Alabama və Florida ştatlarında fövqəladə vəziyyət elan edilib.

“Maykl” hazırda saatda 19 kilometr sürətlə Panama Siti şəhərindən cənuba doğru irəliləyir. Küləyin maksimal gücü saatda 150 kilometr ola bilər.