Mayor intihar etdi

mayor-intihar-etdi
Oxunma sayı: 653

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Ağcabədi şəhərinin Muxtarov küçəsi 65 ünvanında yaşayan 1953-cü il təvəllüdlü Quliyev Şükür Düşəri oğlu ailə üzvlərinin gözü qarşısında sirkə turşusu içərək özünü zəhərləyib. Saat 10 radələrində xəstəxanaya gətirilən 60 yaşlı kişi axşam saatlarında ölüb.

Lent.az-ın məlumatına görə, intihar etmiş Ş.Quliyev ehtiyatda olan polis mayorudur. O uzun illər polis sistemində çalışıb və növbətçi hissə rəisi olub. 60 yaşlı Ş.Quliyevin intiharına isə külli miqdarda pul borcunun olması səbəb göstərilir. Məlumata görə, o polis sistemindən təqaüdə çıxdıqdan sonra qohum-əqrəbadan xeyli miqdarda pul borc alıb. Ş.Quliyev daha sonra topladığı pulu faizlə başqa birisinə borc verib. Lakin onun borc verdiyi şəxs ölkədən qaçıb, Ş.Quliyev isə pis vəziyyətə düşüb. Nəhayət qohum-əqrəbanın borcunu qaytara bilməyən ehtiyatda olan polis zabiti özünü yaxınlarının gözü önündə öldürüb.