“Mc donalds” salatdakı qurda görə 50 min cərimələnə bilər

mc-donalds-salatdaki-qurda-gore-50-min-cerimelene-biler
Oxunma sayı: 2117


Bu sözləri Aktual.az-a zərərçəkmiş Rolan Məmmədovun vəkili Anar Qasımlı deyib.

Onun sözlərinə görə, məhkəmənin yubanmasına səbəb Nəsimi rayon Məhkəməsi ilə aralarında yaranan anlaşılmazlıq olub: 

“Qanunda belə bir müddəa var ki, istehlakçıların hüquqlarının müdafiəsi ilə əlaqədar işlərə şəxsin yaşadığı yer üzrə baxıla bilər. Amma Nəsimi rayon məhkəməsindən bizə bildirdilər ki, bunu cavabdeh tərəfin qeydiyyatda olduğu ünvana - Nərimanov rayon məhkəməsinə verin. Biz də şikayətimizi ora verdik və şikayətimizi qəbul etdilər”. 

Xatırladaq ki, Bakı sakini Rolan Məmmədov martın 3-də Nizami küçəsində daimi müştərisi olduğu "Mc Donalds”dan sifariş etdiyi "Sezar" salatının içindən ilbiz çıxdığını iddia etmişdi.