McDonald's-dan “Futbol ulduzu ilə meydançaya çıx!” - Fotolar

mcdonalds-dan-futbol-ulduzu-ile-meydancaya-cix
Oxunma sayı: 1152

Aprelin 14-də McDonald’s Azərbaycan şirkəti tərəfindən “Futbol ulduzu ilə birlikdə meydançaya çıx!” kampaniyasının çərçivəsində 6-10 yaşlar arasında olan uşaqlar üçün xüsusi idman müsabiqəsi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, bu idman bayramı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutub. İnteraktiv oyunlar, əyləncəli estafetlər və idman azartı uşaqları bir araya yığıb. Uşaqlar və onların valideynləri aksiyadan xoş təəssüratlar və zövq alıblar.

Müsabiqənin bütün mərhələrindən müvəffəqiyyətlə keçib, qalib gələn uşağın sevinci yerə-göyə sığmırdı. Bu, 10 yaşlı Allahverdiyev Musa oldu. Məhz bu balaca futbol həvəskarı FIFA 2018 Dünya Kubokunun açılışına səyahət qazandı. Musa 14.06.18 tarixində Rusiya Federasiyasının Moskva şəhərində keçiriləcək FIFA 2018 futbol üzrə dünya çempionatının açılış oyununun meydançasına futbol ulduzu ilə ələ-ələ çıxacaq, sonra isə anası ilə birlikdə möhtəşəm oyunu canlı izləyəcək. Müsabiqənin digər 2  finalçıları isə McDonald’s-dan xüsusi hədiyyələr aldılar. Bu Gəncə şəhərinin sakini Əsədov Muraz və Bakıda yaşayan Ağayev Yusifdir.  

Qeyd edək ki, McDonald’s Azərbaycan hər zaman idmana öz dayağını nümayiş etdirib. Müxtəlif beynəlxalq idman oyunlarının rəsmi dəstəkçisi olan bu şirkət, ənənəvi olaraq, idmana bağlı kampaniyalar və aksiyalar keçirir.