McDonald’s şanslı müştərisinə maşın verdi

mcdonalds-sansli-musterisine-masin-verdi
Oxunma sayı: 1825

McDonald’s Azərbaycan tərəfindən təşkil olunan FİFA 2018 Dünya Kuboku ilə əlaqədar “McDonald’s ilə qaçılmaz qələbə” məğlubiyyətsiz lotereya uğurla keçirildi.

“Qafqazinfo” xəbər verir ki, “McDonald’s ilə qaçılmaz qələbə” lotereyanın mexanizmı çox sadə idi: 1 İyun- 15 İyul tarixlərində istənilən McDonald’s restoranında böyük Big Mac menyu sifarişini edən hər bir müştəri uduşlu kupon əldə edib.

Kuponun üzərində olan qoruyucu səthi silən müştəri, hər bir lotereya kuponu uduşlu olduğu üçün, avtomatik qalib olurdu!

Qoruyucu səthin altında McDonald’s, AZAL (Azərbaycan Hava Yolları), Azercell, Coca-Cola, Socar Petroleum, CimenaPlus və GoSport mağazalarından minlərlə uduşlar öz sahiblərini gözləyirdi.

Həmin mükafatlarla yanaşı, FIFA 2018 Dünya Kubokunun yarımfinal və final oyunlarına da vəsiqələr verilirdi.

Lotereyanın əsas uduşu olan Hyundai Accent markalı avtomobil də McDonald’s restoranın müştərisi tərəfindən qazanıldı.

FIFA 2018 Dünya Kubokuna vəsiqələr qazanan qaliblər sevdiyi komandanın oyununu canlı olaraq izləməyə imkan qazandılar.

Beləliklə, qalib gələn futbol həvəskarları öz arzularını yerinə yetirib, dünyanın ən böyük futbol həyəcanını yaşayıblar.

Əsas mükafata gəldikdə, avtomobilin açarları uduşlu kuponu qazanan şanslı müştəriyə verilib.

Tam əminliklə qeyd etmək olar ki, “McDonald’s ilə qaçılmaz qələbə” lotereyası müştərilər tərəfindən müsbət qiymətləndirilib.

Onlar McDonald’s restoranlarını ziyarət etməklə yanaşı, müxtəlif mükafatlar əldə etmək üçün lotereyaya həvəslə qoşulublar.

McDonald’s Azərbaycan gələcəkdə də uduşlu kampaniyalar və aksiyalar keçirməyə davam edəcək və öz müştərilərini daima sevindirəcək.