McDonald’s “Sən də Yardım Əlini Uzat!” xeyriyyə aksiyası keçirdi

mcdonalds-sen-de-yardim-elini-uzat-xeyriyye-aksiyasi-kecirdi
Oxunma sayı: 746

1-20 Noyabr tarixlərində bütün McDonald’s restoranlarında “Sən də yardım əlini uzat!” xeyriyyə aksiyası keçirilib. Bütün restoranlarda suvenir olaraq satılan yardım nişanı və ovuc stikeri, noyabrın 20-də satılan böyük Frenç Frayz-ın satışlarından əldə edilən 7390 AZN vəsait  "Uşaqların Sağlam Gələcəyi" İctimai Birliyi uşaqlarının ehtiyaclarını ödəmək üçün sərf olunacaq.

"Qafqazinfo" xəbər verir ki, “Uşaqların Sağlam Gələcəyi” İçtimai Birliyi 2005-ci ildən fəaliyyət göstərir. Onun əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiya tədbirlərinə cəlb edərək cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Birliyin fəaliyyəti dövründə 3876 xüsusi qayğıya ehtiyacı olan uşaqlar kompleks bərpa müalicəsini alıblar. Eyni zamanda uşaqlar inkluziv məktəbəhazırlıq kursuna, art terapiya, müxtəlif dərnəklərə cəlb olunurlar. Bununla da uşaqların şəxsi keyfiyyətləri və bacarıqları inkişaf olunaraq müstəqil həyata uyğunlaşırlar.

McDonald’s şirkəti “Uşaqların Sağlam Gələcəyi” İçtimai Birliyinə müştərilərimizin köməkliyi ilə yardım etdiyimiz üçün sevinirik. 

Qeyd edək ki, dünyaca məşhur McDonald’s şirkəti 1955-ci ildən etibarən daima belə aksiyalar keçirir və bunu davam etməyi planlaşdırır. Belə aksiyalar şirkətin uğurlu inkişafının əsas təməl daşlarından biridir. Məhz McDonald’s Azərbaycan öz “Kiçik uşaqların böyük problemləri olmamalıdır!” şüarını öndə tutaraq, hər zaman belə xeyriyyə tədbirlərinin həyata keçirməyini dəstəkləyir.

Uzun illər ərzində daima uşaqların yanında olan McDonald’s Azərbaycan şirkəti bütün müştərilərinə kömək əllərini uzatmağa həmişə hazır olduqları və McDonald´s restoranlarında keçirilən xeyriyyə aksiyalarında fəal iştirak etdiklərinə görə öz dərin minnətdarlığını bildirir.