MC&S media reytinqini təqdim etdi

mcs-media-reytinqini-teqdim-etdi
Oxunma sayı: 1073

MC&S-in media monitorinq qrupu 01-31 iyul 2018-ci il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

“Qafqazinfo” xəbər verir ki, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, Şirkətin media monitorinq qrupu 10 Televiziya, 55 çap və 600 on-line media daxil olmaqla 665-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır. Aparıcı 5 sektor üzrə adı mediada ən çox hallanan qurumların ilk beşliyini təqdim edirik. Beləliklə:

Mobil operatorlar:

Azercell 1318

Bakcell 1061

Nar Mobile 1059

Banklar:

Kapital Bank 834 ABB 627

Paşa Bank 397

Bank Respublika 332

Unibank 309

Hotellər

Caspia Plaza 140

Excelsior 74

Fairmont Baku 65

JW Marriott Absheron 60

Hilton 55

Universitetlər:

UNEC 886

BDU 776

BANM 749

ADA 633

ATU 506

Sığorta şirkətləri

Atəşgah 112

PAŞA 108

Azsıgorta 67

Qala 57

AXA MBASK 51

Əlavə etmək istərdik ki, elan olunan statistika ilkin nəticələrdir və yalnız say göstəricilərini ifadə edir. Media Consulting and Services reklam haqqında qanunvericiliyi və biznes etikasını nəzərə alaraq qurumlar haqqında dərc olunan məlumatların keyfiyyət və tonallıq (pozitiv, neytral və neqativ) üzrə statistikasını mətbuata açıqlamır. Ətraflı məlumat əldə etmək və media monitorinq qrupu tərəfindən hazırlanan geniş hesabata abunə olmaq istəyən şəxslər [email protected] ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər.

Media Consulting and Services 2004-cü ildən fəaliyyət göstərir. Əsas fəaliyyət istiqamətləri - media monitorinq, media və ictimaiyyətlə əlaqələr, sosial media marketinq, tədbirlərin təşkili və s. xidmətlərdir.