MDB ölkələrində məhərrəmlik əzadarlıqları- - Fotolar

mdb-olkelerinde-meherremlik-ezadarliqlari-
Oxunma sayı: 1726


“Qafqazinfo” salamnews-a istinadən xəbər verir ki, Rusiya paytaxtı Moskva, eləcə də ölkə ərazisindəki Mahaçqala, Dərbənd, Yeroslavl, Kazan və Leninqrad, eləcə də Komi Respublikasının Uxta şəhərində müsəlmanlar imam Hüseyn (ə) əzadarlığında bir araya gəliblər.

Belə mərasimlər Gürcüstanın paytaxtı Tblisi ilə yanaşı, azərbaycanlıların çoxluq təşkil etdiyi Marneuli və Qardabani rayonlarında da xüsusi qeyd edilib.

Əzadarlıqlar Orta Asiyada - Qazaxıstanın Çimkent şəhərinin müxtəlif rayonları, ölkənin Cambul əyalətinin Merke rayonunda, eləcə də Qırğızıstanın paytaxtı Bişkek şəhərində azərbaycanlılar məscidi kimi tanınan "İmam Əli" məscidində də qeyd edilib.

Qeyd edək ki, sözügedən bölgələrdə Tasua və Aşura günlərində daha kütləvi və izdihamlı əzadarlıq mərasimlərinin keçirilicəyi gözlənilir.