MDB vətəndaşlarına Rusiyaya getmək çətin olacaq

mdb-vetendaslarina-rusiyaya-getmek-cetin-olacaq
Oxunma sayı: 1106


İyunun 26-da Xarici İşlər nazirliyi bildirib ki, Gömrük İttifaqının və Avrasiya İqtisadi birliyinin üzvü olmayan MDB ölkələrinin vətəndaşları əvvəllər olduğu kimi öz ölkələrinin pasportları ilə Rusiyaya daxil ola bilməyəcəklər. Onların Rusiyaya daxil olması üçün  mütləq xarici pasportları olmalıdır.

Bu qayda 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

Avrasiya İqtisadi Birliyi Gömrük İttifaqı əsasında yaradılıb. Bura Rusiya, Qazaxıstan və Belarus daxildir. Avrasiya Birliyi 2015-ci il ynvarın 1-dən fəaliyyətə başlayır.