MDU-nun rektoru BDU-da olub

mdu-nun-rektoru-bdu-da-olub-
Oxunma sayı: 645

BDU-nun Mətbuat və informasiya şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə universitetlərarası elm, təhsil və innovasiyalar sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib, tərəflər arasında əməkdaşlıq haqqında artıq vaxtı başa çatmaq üzrə olan müqavilə yeniləşdirilərək yenidən imzalanıb. Nümayəndə heyəti BDU-nun elmi laboratoriyaları, Elektron Tədris Mərkəzi, Heydər Əliyev Muzeyinə baş çəkib, Konfutsiy İnstitutunun fəaliyyəti, elm və təhsil sahəsində həyata keçirilən innovasiya layihələri ilə tanış olublar.

Akademik Sadovniçi «BDU-nun fəxri qonağı» adına layiq görülüb və o BDU-ya xeyli sayda kitab hədiyyə edilib. Görüşdə rektor köməkçisi Vyaçeslav Vyaçeslavoviç Qoryaçko, beynəlxalq əməkdaşlıq idarəsinin rəhbəri prorektor Nikolay Vladimiroviç Semin də iştirak edib.