Məcburi köçkünlərin bağladığı yolda hərəkət bərpa edilib

mecburi-kockunlerin-bagladigi-yolda-hereket-berpa-edilib
Oxunma sayı: 642

Trend xəbər verir ki, məcburi köçkünlər Bakıda Tbilisi prospektində, Nəqliyyat Nazirliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin binasının qarşısındakı yolu bağlayıblar.

Əraziyə cəlb edilən polis əməkdaşlarının səyi nəticəsində yolu açmaq mümkün olub.

Faktı təsdiq edən Yasamal rayon Polis İdarəsindən Trend-ə bildiriblər ki, artıq yolda hərəkət bərpa olunub.

Məcburi köçkünlər məişət problemlərinin hələ də həllini tapmamasından şikayətləniblər.