ANS PRESS-in məlumatına görə, yanğın Füzuli rayonundan məcburi köçkün olan Eloğlu Məhəmmədəli oğlu Qurbanovun ailəsinin məskunlaşdığı ümumi sahəsi 35 kv. metr olan tikilinin mətbəx hissəsində baş verib.
Hadisə Binəqədi yolu 100 ünvanındakı 2 saylı Dəzgahqayıtma Zavodunun ərazisində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən maşını cəlb olunub. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.
Yanğın nəticəsində xəsarət alan olmasa da, mənzildə olan əşyalar külə dönüb. İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.