Məcburi köçkünlərin evi yandı - Ailənin 7 üzvü xəsarət aldı

mecburi-kockunlerin-evi-yandi
Oxunma sayı: 1547

Gəncədə məcbur köçkünlərin məskunlaşdığı binada yanğın olub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Totanlı küçəsində, vaxtı ilə Alüminium zavodunun sanatoriyası olan, hazırda isə Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdığı 3 mərtəbəli binada qeydə alınıb. Hadisə yerinə Gəncə Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Alovun yayılmasının qarşısı alınıb. Binada yaşayan məcburi köçkün 1975-ci il təvəllüdlü Aliməmmədov Malik Hidayət oğlunun mənzilində ev əşyaları yanaraq sıradan çıxıb. M. Alıməmmədov və onun 6 azyaşlı övladı yanğın zamanı yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Yanğının baş vermə səbəbləri araşdırılır.