Məcburi köçkünlərin yaşadığı binada yanğın olub

mecburi-kockunlerin-yasadigi-binada-yangin-olub
Oxunma sayı: 1187

Bərdə rayonunun Uğurbəyli kəndində məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, birmərtəbəli binada 1 otağın yanar konstruksiyaları 16 m² sahədə və binaya bitişik ümumi sahəsi 44 m² olan qamışdan ibarət tikilinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. 

Binanın və tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.