Məcəllələrə dəyişiklik gündəlikdən çıxarıldı

mecellelere-deyisiklik-gundelikden-cixarildi
Oxunma sayı: 2280

Milli Məclisin iclasının gündəliyindən 3 məsələ çıxarılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Məclisin  sədri Oqtay Əsədov məlumat verib. O qeyd edib ki, 3 layihə üzərində işlər aparılır, ona görə də bu gün müzakirəyə çıxarılmayacaq. 

Qeyd edək ki, həmin qanun layihələri “ Vəkillər və  vəkillik fəaliyyəti haqqında”, İnzibati Prosessual Məcəllədə  və Mülki Prosessual Məcəllədə ediləcək dəyişikliklərdir. 

Günel Türksoy