Medalı prezidentdən aldı - Fotolar

Medalı prezidentdən aldı
Oxunma sayı: 17

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 51-ci qızıl medalını qazanıb.

“Qafqazinfo”nun məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Cavid Çələbiyev finalda İraq idmançışı Əmmar Kərbəlayi ilə qarşılaşıb.

Təmsilçimiz həlledici görüşdə rəqibini məğlub edib.

Qeyd edək ki,  mükafatlandırma mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev qaliblərə medalları təqdim edib.

***


IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında Azərbaycan millisi daha bir medal qazanıb. Yığmamızın aktivinə 3-cü mükafatı Tamerlan Abdullayev yazdırıb.
 
69 kq çəki dərəcəsində qüvvəsini sınayan 25 yaşlı idmançı İslamiadanı gümüş medalla başa vurub. Abdullayev həlledici görüşdə özbəkistanlı Bobo-Usman Baturova məğlub olub.  
 
Qeyd edək ki, ondan öncə Cavid Çələbiyev (60 kq) qızıl, Tayfur Əliyev (56 kq) bürünc medal qazanıb.

***

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışlarında Azərbaycan yığması daha bir medal qazanıb. Komandamızın 4-cü mükafatı Kamran Şahsuvarlının adına yazılıb. 75 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya Oyunlarının mükafatçısı gümüş medalla kifayətlənib. O, finalda qazaxıstanlı Tursinbay Kulahmetə məğlub olub. Bu çəki dərəcəsində bürünc medallara isə Vilfred Seyintsenque (Kamerun) və Yuness Qarrumi (Mərakeş) yiyələniblər.

Fotolar: Kamil Əmirli






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi